AZ

Gəncədə konfrans: “Qərbi Azərbaycana qayıdış Tarixi yaddaş və müasir reallıqlar”

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gəncə, 18 fevral, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Qərbi Azərbaycan İcmasının (QAİ) Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış – Tarixi yaddaş və müasir reallıqlar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

ADAU-nun rektoru, Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi Zəfər Qurbanov qeyd edib ki, universitetdə çoxşaxəli elmi fəaliyyətlə yanaşı, tarixi yaddaşın qorunması və milli dəyərlərin təbliği də əsas prioritetlərdəndir. Rektor bu cür elmi tədbirlərin gənc nəslin milli kimlik və vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ həsrətinə son qoyulduğunu, Azərbaycanın tarixinə Qələbə səhifələrinin yazıldığını vurğulayıb və ölkəmizin davamlı inkişaf yolunda inamla irəlilədiyini diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov tədbirin çıxışında Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri Nərgiz Rəsulova Qərbi Azərbaycanın tarixi coğrafiyasının formalaşması və bu irsin müasir siyasi kursda əks olunması məsələlərinə toxunub, mövzunun elmi əhəmiyyətini diqqətə çatdırıb.

Konfransda çıxış edən Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə İrəvan quberniyasında ermənilər tərəfindən törədilmiş deportasiya və soyqırımı faktlarından bəhs edib.

Daha sonra ADAU-nun Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının müdiri Zahir Ələsgərov, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri Aynur Həsənova çıxış edərək Qərbi Azərbaycan mövzusunun elmi əsaslarla araşdırılmasının, tarixi həqiqətlərin sistemli şəkildə öyrənilməsinin və gənc nəslə düzgün çatdırılmasının vacibliyini qeyd ediblər.

İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov konfransın milli yaddaşın qorunması, elmi müzakirələrin genişləndirilməsi və hüquqi-siyasi mövqeyimizin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

İctimai fənlər kafedrasının dosenti Əbdürəhman Kazımov çıxış edərək, Qərbi Azərbaycana qayıdış məsələsinin beynəlxalq hüquq normaları və regional proseslər kontekstində əhəmiyyətindən söz açıb, bu istiqamətdə aparılan elmi araşdırmaların vacibliyini vurğulayıb.

Konfrans çərçivəsində “Qərbi Azərbaycana qayıdış” mövzusunda videoçarx nümayiş etdirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
92
1
azertag.az

2Mənbələr