AZ

Mingəçevirdə pəncərədən yıxılan şagirdin vəziyyəti kafidir - Yenilənib

Mingəçevirdə 11:00 radələrində 1 nəfər (kişi) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"2008-ci il təvəllüdlü yeniyetməyə sağ topuq nahiyəsinin yerdəyişən sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti kafi qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

***

Bu gün Mingəçevirdəki Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta məktəb-in 11-ci sinif şagirdi pəncərədən yıxılıb.

Şagirdin necənci mərtəbədən yıxılması idarə tərəfindən açıqlanmayıb. 

Mərkəzi Aran Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, dərhal təcili tibbi yardım çağırılıb, şagirdə ilkin yardım göstərildikdən sonra müayinə üçün müvafiq səhiyyə müəssisəsinə yönləndirilib.

Valideynlər və hüquq-mühafizə orqanları məlumatlandırılıb, xəsarət almış şagirdin vəziyyəti idarə tərəfindən nəzarətdə saxlanılır. Rəsmi açıqlamaya görə, ictimaiyyətdən hadisə ilə bağlı yalnız rəsmi qurumların məlumatlarına istinad etmələri xahiş olunur.

Aytac Zeynalova

Seçilən
55
anews.az

1Mənbələr