AZ

I Liqa: "Səbail" yenə büdrədi, "Baku Sportinq" qələbə qazandı

Azərbaycan I Liqasında XV tur start götürüb.

Fanat.Az xəbər verir ki, turun açılış günündə iki oyun keçirilib.

"Cəbrayıl" Şamaxıda "Baku Sportinq"lə qarşılaşıb. Paytaxt klubu Cavid Hüserynovun rəhbərlik etdiyi bölgə təmsilçisini məğlub edərək liderlə xal fərqini azaltmaqla yanaşı, 2-ci pillədəki mövqeyini də möhkəmləndirib.

MOİK isə Binədə Premyer Liqaya can atan "Səbail"i sınağa çəkib. Paytaxt komandalarının duelindən "hərbçilər" qalib ayrılıblar. Görüşün taleyini ilk yarıda vurulan 1 qol həll edib. Beləliklə, növbəti xal itkisi ilə üzləşən "dənizçilər" çempionluq mübarizəsində şansını xeyli azaldıb.

Qeyd edək ki, “Şəfa” – “Mingəçevir”, “Zaqatala” – “Difai” və “Şimal” – “Şahdağ Qusar” görüşləri sabah baş tutacaq.

Azərbaycan I Liqası
XV tur
18 fevral  

“Cəbrayıl” – “Baku Sportinq” 1:2
Qollar:
H.Hüseyn, 56 - İ.Allahverdiyev, 22. E.Abdullayev, 34.

MOİK – “Səbail” 1:0
Qol: 
B.Soltanov, 33. 

Seçilən
22
fanat.az

1Mənbələr