ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Qədim ilkin sivilizasiyalar yaranandan bu günə kimi dünyanın bəzi xalqlarının digər xalqlara qarşı aparılan savaşlarından biri də məhz idealoji-mədəni savaş hesab olunur.Bu tip idealoji savaş aparan xalqlar arasında farsları da qeyd etmək olar.Sözsüz ki, tarix boyu farsların islam pərdəsi altında dini-mədəni açıdan apardığı savaş, bir çox xalqlar kimi Türklərə qarşı da aparılmışdır. Lakin belə bir savaşın hansı baxımdan aparılması sualına cavab tapmaqdan əvvəl İran cəmiyyətində insanlar arasında uyuşdurucunun rolu və yeri barəsində məlumat vermək gərəkdir.
Marqlıdır ki,şəriət dövləti sayılan İranda cəmiyyətdə uyuşdurucu nəinki yasaq belə sayılmır,hətta bəzən gənclər arasında hərbi xarakterli idealoji təbliğatlarda savaş zamanı ondan istifadə olunmasına dini don geyindirilərək halal belə buyrulur. Fikirimizcə bu növ təbliğatların kökündə əski Fars Zərdüşt dini fəlsəfi görüşləri durmaqdadır. Zərdüştlüyün müqəddəs kitabı sayılan Avestada guya ki,tanrılar tərəfindən insanlara bəxş olunan Haoma adlı bir içkinin adı çəkilir.Uyuşdurucu tərkibli həmin içki dini inanc baxımdan Zərdüştliklə tarixi köklərə malik Hindiuzimdə Saoma adı altındada məlumdur.Qədim zamanlarda istər Zərdüşt istərsə də Hindiuzim kahinləri musiqi alətləri ilə müşahidə olunan dini ayinlər zamanı həmin içkidən istifadə etdikdən sonra özlərini hallüsinasiya vəziyyətinə salaraq dini mətinlərdən himnlər oxumağa başlarmışlar.Hətta Hindistan ərazisində Hindiuzmin kahinləri sayılan Brahmanlar indiyənə kimi də Şiva və ya hansısa bir tanrıya həsr olunmuş bayramlarda Saomanı qəbul edərək Bahaqavat-Gitadan,Upanişadlardan və s müqqədəs traktatlardan musiqili himnlər oxumaq ənənəsini hələdə yaşatmaqdadılar. Avestaya görə Haoma içkisi insanlarda tanrıları anlamaqda onlara yardım edir,həmçinin həmin içkini qəbul edən savaşçıya savaş öncəsi güc,qüvvət verərək onu iradəli addımlar atmağa köməklik də göstərir.Ola bilsin ki, məhz fars meyxanasında (farsca mey sərxoşluq xana isə ev demək) guya ki,dini xarakterli müsiqilərin ifa olunması, mənşə etibari ilə Avestadakı himnlərin kahinlər tərəfindən oxunması ənənəsinin əsirlər boyu dəyişərək bu günlərimizə gələn şəkilidir.Yuxarıdada qeyd olunduğu kimi Avestaya görə Haomanın özəliklərindən biri onu qəbul edən insana iradə və cəsarət verməsidir. Maraqlıdır ki,bəzən İran-Fars ruhaniliyi tərəfindən təbliğat vaistələrindən biri ondan ibarətdir ki,guya savaşan əsgərin cəsarət üçün uyuşdurucu qəbul etməsi İslami açıdan haram sayılmır.Lakin fikirimizcə bu növ təbliğatların kökü də əslində yuxarıda da qeyd olunduğu kimi Haomanın savaşçıya bəxş etdiyi güc ,qüvvət və iradə kimi idealoji anlayışılarının dəyişərək günlərimizə gəlib çatan şəkilidir.Digər tərəfdən uyuşdurucunun tarixdən də məlum olan canı fədai adlı dəstələr arasında dini baxımdan pərdələnmiş şəkildə təbliğatı Alamut qalasını özünə mərkəz seçmiş Fars kəşfiyyatının idealoji atası sayılan Həssən Sabbahın adı ilə də sıx bağlıdır.Maraqlıdır ki,Həşişilər adı ilə məlum olan Nizarı təriqətinin yaradıcısı hesab olunan Həssən Sabbahın dini fəlsəfi təlimi yeddi mərhələdən ibarət olmuşdur.Digər tərəfdən Zərdüştlük təlimində Ameş Spenta(müqqədəs ölümsüzlər) adlı inanc da mövcuddur.Ameş Spenta dedikdə əslində Zərdüştlükdəki baş tanrı Ahuramazda və onu əhatə edən digər altı tanrı başa düşülür.Ola bilsin ki,Həssən Sabbahın dini fəlsəfi təlimindəki yeddi mərhələlik anlayışın kökü məhz Zərdüştlüyün yeddi tanrısına olan inancdan yaranmışdır.Farslarla eyni kökə malik yezidi inancına malik Kürdlərdə də (yezid sözünün etinalogiyası bir çoxlarınında yalnış bildiyi kimi Xəlifə Yezidin adından deyil əski Farscadakı ilahi varlıqlar anlamını verən Yazt sözündən yaranmışdır) yeddi mələk anlayışının kökündə əslində qədim Zərdüşt dinindəki Ameş Spentaya yəni yeddi tanrılıq sistemə inanc durur.Digər tərəfdən İran-Fars şiyə ruhaniliyinin təbliğat obyektlərindən biri guya ki,İslamda müqqədəs sayılan və Farscadan tərcümədə otuz quş anlamını verən Simurq(si otuz,murq isə quş deməkdir) adlı bir mifik quş obrazıdır.Əlbətdə ki,Simurq mifik obrazın tarixinə nəzər saldığımızda bunun İslamla deyil Hindiuzim dinindəki quşların hökmdarı sayılan Qaruda adlı tanrıdan gəlməsi ortaya çıxır.Simurqun təsviri həmçinin Sasani şahlarının emblemindədə əks olunurdu. Lakin sual yaradan məqamlardan biri hansı səbəbdən Qarudanın ad dəyişdirilərək Simurq şəklinə salınmasıdır. Bu sualın cavablandırılması üçün Farsların daha doğrusu əsil adları Parsumaş olan xalqın tarixinə bir qədər nəzər salmaq lazımdır.Belə ki,e.ə. II miniliyin sonu I miniliyin əvvələrində Hindistanın Şimal hissəsində daha doğrusu ölkənin müasir Camu-Kaşmir bölgəsində yaşayan tayfalar arasında bir qrup Vedizim (Hindiuzim qədim adı) kahinlərinin yeni dini idealoji görüşləri yayılmağa başlamışdır.Yeni dini idealogiyanın kahinləri Veda dinindəki dualist təfəkürə uyğun olaraq həmin dinin panteonuna daxil ilan Varuna adlı tanrını Ahura-Mazda adlndıraraq onu Devalara (Deva dedikdə burada Hind panteonunun tanrıları Brahma,Vişna,Şiva və s.başa düşülür;Div kəlməsidə Devadan yaranmışdır) qarşı qoymuşlar.Lakin yeni yaranmış dini idealoji təriqətin bölgənin bir çox qəbilələri tərəfindən mənfi qarşılanması səbəbi ilə, həmçinin həmin bölgədə baş vermiş daşqınlarla da əlaqədar olaraq II miniliyin sonu I miniliyin əvvələrində Ahura-mazda(Zorastrizim) dininin daşıyıcıları olan indiki Frarsların əcdadları sayılan Parsumaşlar ana vətənləri sayılan Hindistanın Sind vadisindən köç edərək müasir İranın Cənubi-Şərq bölgəsinə gəlmişlər.Yeni vətənə gələn Parsumaşlar otuz tayfadan ibarət olmuşlar.Beləliklə göründüyü kimi Hindiuzmin Qarudası tədricən Farsların otuz tayfasının adı ilə bağlı olaraq Simurq adlanmağa başlamışdır.Maraqlısı odur ki,Simiurq obrazı həmçinin ,,Azərbaycan nağılı kimi göstərilən ”Məlikməmmədin nağılında da yer almışdır.Lakin ilk öncə Məlikməmməd obrazının hardan gəldiyini bilmək üçün Vedizim dinindəki ildırım və qələbə tanrısı sayılan İndraya baxmaq lazımdır.Hindiuzmin müqəddəs kitablarından biri sayılan Riqvedalarda tanrı İndiranın yarı ilan yarı insan olan naqaların hökmdarı sayılan üç başlı əjdaha olan Vritra üzərindəki qələbəsindən bəhs olunur.Vritra üzərindəki qələbəsindən sonra İndra Vretrahan yəni Vritraya qalib gələn ünvanınıda almışdır.Yuxarıdada qeyd olunduğu kimi Hindiuzimlə eyni kökə malik Zərdüşt dininə baxdığımızda burada Veretraqna adlı qələbə tanrısını adını görmək olar.Veretraqna kəlməsi sonrakı dövrlərdə Varhran və ya Bəhram şəkilinə düşmüşdür.Maraqlıdır ki,Farslarla eyni kökə malik ermənilərdədə Bəhramda(Vahaqn) qələbə tanrısı sayılır və o da həmçinin Əjdaha ilə döyüşür. Digər tərəfdən Hindiuzmin dinin digər müqəddəs kitabı sayılan Mahabaratada da quşların hökmdarı olan Qarudanın(Simurq) üç başlı əjdaha Vritraya qarşı savaşmasından da söz açılır.Hind tanrıları olan istər İndranı istərsədə Qarudanı birləşdirən amil hər ikisinin naqaların hökmdarı Vritraya olan nifrətləridir.Məlikməmməd nağılına baxdığımız zaman isə burada baş qəhrəman olan Məlikməmməd Əjdahanı Simurq quşunun balalarını yemək istədiyi zaman qılıncı ilə onu öldürməsini görürük.Bu səbəbdən Simurq Məlikməmmədələ dostlaşarq ona yardım edir. Əjdaha obrazına gəldikəd isə özündə ilan və qurd inamlarını birləşdirən bu obraz əski Türk mifik görüşlərində igidlik,cəsarət,comərdlik,müdrüklük bolluq və bərəkətin rəmzi hesab olunurdu.Əski Çin mənbələrindədə Hunlar haqqında söz açılarkən Hunların bayraqlarında Əjdaha təsvirlərinin olmasını qeyd olunmuşdur.Hətta Səlcuqlu dövrünə aid Qafqaz,Anadolu,İran,Krım bölgələrindən məlum olan xalçalar həmçinin Məscid,türbə və s dini xarakterli tikililər üzərində Əjdaha motivlərinə rast gəlməkdə mümkündür. Simurqun Qaruda tanrısını olması yuxarıda da qeyd olunmuşdur.Məlikməmmədə gəldikdə isə bu obraz əslində əski Hind-Farsların tanrısı olan İndra,Veretraqna,Varhran və ya Bəhramdır.Göründüyü kimi əslində Məlikməmməd nağılında Məlikməmmədin daha doğrusu Bəhramın Əjdahanı yəni Türkü öldürməsi Farsların Türklər üzərindəki idealoji simvolik bir qələbəsini göstərir.Bəlkə də, böyük Türk sərkərdəsi olan Əmir Teymur Farsların belə şəkili məkirli idealoji təbliğatlarını bildiyindən İranın əsasən Farsların sıx yaşayan ərazilərinə hərbi yürüşlər təşkil etdiyi zaman ordusunda üzərində qızıl rəngli Əjdaha təsviri olan bayraqlar qaldırmağı əmr edərdi. Maraqlıdır ki,Məlikməmmədin daha doğrusu Bəhramın Əjdaha üzərindəki qələbəsinə bənzər nağıl Xristianlığın dini mifaloji süjetlərində də vardır.Belə ki,Xristian dinində Avropa cəngavərliyinin hamisi sayılan qalib Georgi adlı obraz var.Kilsələrdəki təsvirlərdə bəzən həmin Georginin at belində əlindəki nizəsi ilə Əjdahanı öldürməsi səhnəsini görməkdə mümkündür.Lakin Xristianlığın qalib Georgisi ilə ilə Sind tanrısı olan(Sind dedikdə Fars-Hindli başa düşülür) Bəhram arasında bu qədər oxşarlığın hansı səbəbdən olduğunu bilmək üçün,ilk öncə Roma imperyasını şərq bölgələrində eranın I əsirindən etibarən mövcüd olan kölə bazarlarındakı Latıncada Sclavius(Slavyan kəlməsidə Sclavius sözündən yaranmışdır) yəni kölə qul adlanan insanların etnik mənşəyi məsələsinə diqqət yetirmək lazımdır.e.ə.I əsrdən etibarən Romanın şərqdə ən böyük rəqibi Parfiya dövləti olmuşdur.Roma-Parfiya savaşları zamanı bəzən Romalılar tərəfindən Parfiyanın qərb sərhədlərində yaşayan bir çox Fars kökənli qəbilələr əsir edilərək əsasən Romanın nəzarətindəki müasir Balkan yarımadasına kölə olaraq yerləşdirilirdilər.Maraqlıdır ki,I əsirdən etibarən Roma ərazisində Fars kökənli kölələr tədricən sayca üstünlük təşkil edərək bərbər,xidmətçi,qladiator və s kimi peşələrdə istifadə olunurdular.Bəzən azadlıq əldə edən həmin kölələrin nəsilləri Roma Legionlarındada əsgər olaraqda xidmətə alınırdılar.Marqlıdır ki,məhz bu dövrdəndə Roma cəmiyyətində və hətta ordu həyatında Sind(Fars-Hind) tanrısı olan Mitra adlı kulta inam yaranmağa başlayır.Mitra Ahuramazda və Anahit ilə birgə üçlük(troitsa)təşkil edərək Zərdüşt dinini panteonuna daxil olan əsas tanrılarından biri hesab olunur.Digər tərəfdən isə I əsrdən etibarən Roma imperyası ərazisində ilk vaxtlarda Yəhudilik inancının bir qolu sayılan ilkin Xristianlıq məzhəbidə yayılmağa başlayırdı.Roma cəmiyyətində ən çox istismara və təhqirə məruz qalan təbəqə kölə və ya keçmişi qul olan insanlar olduğundan ilkin xristianlığında əsas tərəfdarları arasında say etibarə ilə məhz belələri üstünlük təşkil edirdilər.Sözsüz ki,ilkin xristianlığının dini fəlsəfi görüşlərinin formalaşmasında Sind(Fars-Hind) kökənli kölələrin də təsiri olmuşdur.Belə təsirlərdən biri kimi Hindiuzim- Buddizimdə aid tanrıların heykəl və təsvirlərindəki Mudra əl işarələrinə bənzəri şəkildə indiyənə kimidə kilsə ayinləri zamanı keşişlər tərəfindən əllərini yuxarı qaldıraraq istifadə etmələridir.Bundan əlavə digər təsir isə Xristianlıqdakı Ata,oğul və müqqədəs ruh(troitsa) anlayışıdır.Əslində isə Veda-Zorast inanclarındakı Brahma,Vişna,Şiva və ya Ahuramazda,Mitra,Ahahit anlayışları ilkin xristianlığa təsir edərək Ata,oğul və müqqədəs ruha çevrilmişlər.Həmçinin qələbə tanrısı Bəhrama olan inancda xristianlıqda qalib Georgi obrazına təsir göstərmişdir.Beləliklə orta əsr xristianlığındakı mifik obraz olan Georginin Əjdahanı öldürməsi təsviri isə göründüyü kimi Bəhramın Əjdaha yəni Türk üzərindəki qələbəsinin xristianlaşdırılmış şəklidir.Maraqlıdır ki, sovetlər dövründə Bakının mərkəzində ucaldılan Bəhram Gurun (İndra,Veretraqna,Varhran) qılıncla Əjdahanı vurması heykəlidə əsilində farsın Türk üzərindəki dini-mifik qələbəsinə həsr olunmuşdur. Digər tərəfdən şiəlik təliminin formalaşmasında ilkin xristianlığın təsirinin olması maraq doğuran amilərdən biri kimidə hesab oluna bilər .Belə ki,şiəlik təlimindəki Allah,Məhəmməd ya Əli kəlməsi əslində ilkin xristianlığın Ata,oğul və müqəddəs ruh anlyışlarının islamlaşmış şəkili hesab olunur.Bundan əlavə xristianlıqdakı on iki apostol anlayışı şiəliyin "on iki imamına" cevrilmişdir.Hətta şiəlik təlimindəki siğə adlanan müvəqqəti nigah anlayışıda əslində İslamla əlaqəli deyil və ilkin xiristianlıqdan gələn bir adətdir.
Məcid İsgəndəroğlu,
AMEA Arxeologiya və Antropologiya institutu elmi işçi.
(İstifadə olunmuş Qaynaqlar)
1.Мифы народов мира : Энциклопедия. В 2 томах / ред. С. А. Токарев. — М.: Советская энциклопедия, 1991—1992.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.