AZ

Ramazanda toy etmək olar?

Sabah Ramazan ayının ilk günüdür. Cəmiyyətdə belə bir fikir var ki, bu ayda toy və digər şənliklərin keçirilməsi düzgün deyil və hətta günah sayılır. Bəs bu məsələyə dini baxımdan münasibət necədir?İlahiyyatçı Tural İrfan Metbuat.az-a açıqlamasında bildirib ki, Ramazan ayında toy və digər məclislər təşkil etmək olar, ancaq iftardan sonra. Onun sözlərinə görə, gündüz toy etmək Ramazana və dini dəyərlərə hörmətsizlikdir: “Həm də dəvət edilən oruclu qonaqlara qarşı da uyğunsuz və diqqətsizlikdir. Ona görə yaxşı olar ki, toyları iftardan sonraya salsınlar. Bu ayda toy etmək savabdır. Belə bir xeyirli və fəzilətli ayda nikah bağlamaq savabdır. Bəzi xurafatçı və xarici təsirlərdə olan şəxslər yanlış məlumat verir və cəmiyyəti çaşdırırlar. İslam matəm dini deyil. Nikbinlik və axirətdə dirilməni, mükafatı tərənnüm edir. İslam hüququnda, yəni şəriətdə toy etmək, yaxud etməmək üçün xüsusi gün təyin olunmayıb. Əsas odur ki, toy və şənliklər dini, mənəvi dəyərlərə qarşı olmasın, günahdan və haramdan uzaq olsun”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
52
metbuat.az

1Mənbələr