AZ

Büdcə vəsaitlərinin istifadəsində maliyyə intizamının gücləndirilməsi əsas prioritetdir – Nazir

Bakı. Trend:

Büdcə vəsaitlərinin istifadəsində maliyyə intizamınıngücləndirilməsi, şəffaflığın artırılması və xərclərinoptimallaşdırılması əsas prioritetlərdəndir.

Trend MaliyyəNazirliyinə istinadən xəbər verir ki, bunu nazir Sahil Babayevnazirlik yanında yaradılmış İctimai şuranın üzvləri ilə görüşündəbildirib.

Görüşdə çıxış edən nazir Sahil Babayev vətəndaş cəmiyyətinümayəndələrini Maliyyə Nazirliyi yanında İctimai şuraya üzvseçilmələri münasibətilə təbrik edib, onlara gələcəkfəaliyyətlərində uğurlar arzulayıb.

Nazir qeyd edib ki, bu gün dövlət qurumlarının fəaliyyətindəictimai iştirakçılığın genişlənməsi ölkəmizdə uğurlu hüquqi dövlətvə demokratik cəmiyyət quruculuğunun mühüm təzahürlərindən biridir.Bildirilib ki, “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraqMaliyyə Nazirliyi yanında yaradılan İctimai şura da hüquqi aktlarınqəbulu, Nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı ictimainəzarətin təşkili və vətəndaş cəmiyyəti institutlarının iştirakınıntəmin edilməsinə öz töhfəsini verəcəkdir.

Dövlət maliyyəsinin idarə olunması sahəsində aparılanislahatlardan bəhs edən nazir Prezident İlham Əliyevin 25 avqust2025-ci il tarixli Fərmanına əsasən rəqəmsallaşma və müasiridarəetmə mexanizmlərinin tətbiqi istiqamətində mühüm tədbirlərinhəyata keçirildiyini bildirib. Qeyd edilib ki, Rəqəmsal MaliyyəMərkəzi və Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb,13 əsas altsistemdən ibarət olan “Rəqəmsal dövlət maliyyəsi”informasiya sisteminin Əsasnaməsi təsdiqlənib. Nazir vurğulayıb ki,büdcə vəsaitlərinin istifadəsində maliyyə intizamınıngücləndirilməsi, şəffaflığın artırılması və xərclərinoptimallaşdırılması əsas prioritetlərdəndir. Bu çərçivədə dövlətmaliyyəsinə vahid və sistemli yanaşma tətbiq olunacaq, aidiyyətiqurumlar arasında effektiv koordinasiya gücləndiriləcək.

Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin tərtibi, müzakirəmərhələləri və icrası ilə bağlı ictimaiyyətin məlumatlandırılması,habelə büdcə məlumatlarına əlçatanlığın təmin edilməsi məqsədiləsistemli iş aparıldığını qeyd edən S.Babayev bildirib ki, buçərçivədə əsas büdcə sənədləri və məlumatları beynəlxalqstandartlara uyğun olaraq dərc olunur, “Vətəndaşın büdcəbələdçisi”, habelə dövlət və icmal büdcələrin icrasına dair rüblükvə illik təqdimatlar hazırlanaraq ictimaiyyətə təqdim edilir.

Nazir əmin olduğunu bildirib ki, İctimai şura “İctimaiiştirakçılıq haqqında” qanundan irəli gələn vəzifələrini layiqincəyerinə yetirəcək və bu əməkdaşlıq Maliyyə Nazirliyininfəaliyyətində şəffaflığın və hesabatlılığın daha dagücləndirilməsinə xidmət edəcək.

Görüşdə çıxış edən İctimai şuranın sədri İnqilab Əhmədovbildirib ki, Maliyyə Nazirliyi yanında İctimai Şura öz fəaliyyətiilə ictimaiyyətlə effektiv dialoqun qurulmasına, maliyyə sahəsindəaparılan islahatların dəstəklənməsinə, eləcə də ictimaiiştirakçılıq indeksinin artırılmasına və ölkənin maliyyə siyasətiətrafında müzakirələrin daha da genişləndirilməsinə mühüm töhfəverəcəkdir.

İctimai Şuranın üzvləri – Nuriyyə Novruzova, Anar Əzizov, ElşadMəmmədov, Mehdi Babayev, Əyyub Kərimli və Elman Sadıqov çıxışedərək şuranın fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələrbarədə fikirlərini bölüşüblər.

Sonda Maliyyə Nazirliyi yanında İctimai şuranın üzvlərinəvəsiqələr təqdim edilib.

Məqalədə:
Seçilən
11
5
az.trend.az

10Mənbələr