AZ

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Fevralın 19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

AFN.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, ölkənin böyük bir hissəsində küləyin sürətinin kəskin artacağı proqnozlaşdırılır.

Narıncı xəbərdarlıq verilən ərazilər (küləyin sürəti 20.8-28.4 m/san):

Zəngilan, Cəbrayıl, Ağdam, Laçın, Kəlbəcər;

Daşkəsən, Gəncə, Goranboy, Naftalan;

Tovuz, Ağstafa, Qazax;

Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Bərdə, Tərtər, Göyçay;

İsmayıllı, Qəbələ, Qusar, Siyəzən, Xızı;

Lerik və Yardımlı.

Sarı xəbərdarlıq verilən ərazilər (küləyin sürəti 13.9-20.7 m/san):

Bakı və Abşeron yarımadası;

Ölkənin digər bölgələri.

Hər iki xəbərdarlıq üzrə şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Seçilən
73
afn.az

1Mənbələr