AZ

​Haram xoşunuz olsun!

2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatında saxlanılan erməni milyarder Ruben Vardanyana hökm oxundu. Əgər etdiyi naqis hərəkətlərə görə Uca Allah bu nankor erməninin canını almasa, ömrünün 20 ilini Azərbaycan həbsxanasında keçirəcək. Füzulinin qəzəllərini əzbərləməyə, Nizaminin "Xəmsə"sini vərəqləməyə çox vaxtı olacaq. İstəsə, Səməd Vurğunun ədəbi dünyasına səyahət edər, qabiliyyəti çatsa, Rəsul Rzanın, Ramiz Rövşənin lirik şeirlərini oxuyub bədii zövqünü zənginləşdirər. Çörəyini yeyib ayağının altını qazdığı Azərbaycan xalqının necə alicənab olduğunu dərk etmək üçün mən ona Rəşad Məcidin məşhur “10 Sentyabr” hekayəsini oxumağı tövsiyə edirəm. Oxumaq heç vaxt gec deyil. Zamanında sarsaq işlərə baş qoşmayıb boş vaxtını kitab oxumaqla keçirsəydi, sahib olduğu milyardların hesabına indi adam balası kimi yaşayırdı... Ermənilər özləri də etiraf edirlər ki, təcridxanada onlara pis baxmırlar. Yeməkləri gündə üç dəfə qabaqlarına gəlir. Paşinyan kimi əziyyət çəkib arvad üçün xörək hazırlamırlar. Qarabağı azad edən qəhrəman əsgərlərimizin sayəsində kartof soymaqdan, soğan doğramaqdan canları qurtarıb. İstintaq altında olduqları dövrdə vaxtaşırı duş qəbul edib, iki gəncin məhəbbətindən bəhs edən romanlar oxuyublar. Qüdrətli Azərbaycan dövlətinin humanistliyindən onlara yetərincə pay düşüb. Nankorluq ermənilərin qanındadır, nə vaxtsa inkar etsələr belə dədələrindən görmədikləri hörməti azərbaycanlılardan gördüklərini bütün dünya bilir.Adam gərək nankor olmasın. Bundan sonra da insan kimi yaşayacaqlar. Tuman-köynəkləri pulsuz olacaq, salvar-pencək dərdi cəkməyəcəklər. Ayaqqabıları yırtılanda yamaq vurdurmağa ehtiyac olmayacaq. Yıxmaq istədikləri qüdrətli Azərbaycan dövləti ayıb yerlərini örtəcək, daim onlarla insan kimi davranacaq. Vardanyan sahib olduğu milyardları indidən arvadına bağışlaya bilər...Ədalətin qələbəsi məni hədsiz sevindirir. Bu namərdlərin qanun qarşısında cavab verdiklərini görəndə darısqal, rütubətli yataqxana otaqlarında yaşadığımız iztirabları, çəkdiyimiz ağrı-acıları az da olsa unuduram. Bircə şeyə çox təəssüflənirəm: bu alçaqlar da bizimlə eyni havanı udur, bizimlə eyni suyu içir, eyni çörəyi yeyirlər. Haram xoşları olsun!

Seymur Verdizadə

Seçilən
22
metbuat.az

1Mənbələr