AZ

İranla bağlı heyrətləndirən iddia: Rusiyanın adı çəkildi İsrailin şərti qəbul edilib?

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Wall Street Journal”ın məlumatına görə, İran hakimiyyəti uranın zənginləşdirilməsinin dayandırılmasını, ehtiyatların bir hissəsinin xaricə ixracını və nüvə danışıqlarında irəliləyiş əldə etmək üçün ABŞ ilə əməkdaşlığı müzakirə edir.

Analitiklərin fikrincə, bu addımlar ABŞ-ın ehtimal hücumunun qarşısını bilər. Diplomatik mənbələr bildirir ki, İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini Rusiyaya köçürməyi planlaşdırır.

Tehran Vaşinqtonla razılığa gələ, hücum təhlükəsini tamamilə aradan qaldıra biləcək?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, İran hökuməti böyük ehtimalla vaxt uzatmağa çalışır:

“İran bu yolla özünü ABŞ-ın zərbələrindən sığortalamaq istəyir. Xarici işlər naziri Abbas Əraqçi də Tehran və Vaşinqton arasında nüvə məsələsi ilə bağlı danışıqların İsveçrə raundunda bildirib: “İran hazırda danışıqlarda irəliləyiş əldə etmək üçün zənginləşdirilmiş uranı azaltmalı, əlindəki ehtiyatları isə üçüncü ölkəyə verməlidir”. Bu məqsəd üçün daha çox Rusiya nəzərdən keçirilir. ABŞ-ın belə bir fikirə razı olub-olmayacağı hələ məlum deyil, amma Rusiya nüvə ölkəsi olduğu üçün müzakirələr mümkündür.

Elxan Şahinoğlu

İranın uranın zənginləşdirilməsindən tam imtina edib-etməyəcəyi isə hələlik bəlli deyil. Əvvələr belə vədlər verilib, lakin sonradan onların yerinə yetirilmədiyi ortaya çıxıb. İndi isə İran bu addımı ABŞ-ın hücumlarından qorunmaq üçün irəli sürür. Hazırkı məqamda ABŞ-da Prezident Donald Tramp administrasiyasının bununla razılaşması sual doğurur. Amma bir həqiqət var ki, İran bütün şərtləri qəbul etmir, İsrail isə qəti şəkildə tələblərini irəli sürür”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
globalinfo.az

1Mənbələr