Bakı. Trend:
Eyvazlı Kiçik Su Eelektrik Stansiyası (KSES) üçün boru xəttinintikintisi işləri aparılacaq.
Trend dövlətsatınalmalarının vahid internet portalına istinadən xəbər verir ki,“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlımüvafiq işlərə start verib.
ASC hazırda sözügedən işləri icra edəcək şirkətimüəyyənləşdirməkdədir.
Eyni zamanda görüləcək işlərin 2,995 milyon manata başagələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,2025-ci ildə Azərbaycanda 26,896 milyard kilovat-saat (kVt/saat)elektrik enerjisi istehsal edilib. Bu göstərici 2024-cü illəmüqayisədə 168 milyon kVt/saat və ya 0,6% çoxdur.
Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 26 milyardkVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da2024-cü ildəki göstərici ilə müqayisədə 158,6 milyon kVt/saat və ya0,6% artım deməkdir.
Ümumilikdə, Azərbaycanda elektrik enerjisi, qaz və buxaristehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ildə3,485 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlərgöstərilib.
Eyni zamanda hesabat ilində ölkədə su təchizatı, tullantılarıntəmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi654,8 milyon manat təşkil edib.