AZ

Olimpiadada GÖRÜNMƏMİŞ HADİSƏ: İdmançı bəxt sayəsində inanılmaz QƏLƏBƏ QAZANDI – VİDEO

Qazaxıstanlı idmançı Olimpiadada bəxt sayəsində inanılmaz qələbə qazanıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici idman mediası məlumat yayıb.

Qazaxıstan təmsilçisi Ajqaliyev Olimpiya Oyunlarında qaçış (şort-trek) yarışı zamanı nadir hallarda rast gəlinən və yaddaşlardan silinməyəcək bir qələbəyə imza atıb.

Yarışın demək olar ki, bütün gedişatı boyu Ajqaliyev ən sonuncu sırada hərəkət edib.

Lakin finiş xəttinə saniyələr qalmış gözlənilməz hadisə baş verib. İdmançının qarşısındakı demək olar ki, bütün rəqibləri bir-birinin ardınca yıxılaraq mübarizədən kənar qalıblar.

Ajqaliyevin yeganə rəqibi olan italyan idmançı isə tarazlığını itirdiyi üçün finiş xəttini arxası üstə sürüşərək keçmək məcburiyyətində qalıb.

Nəticədə saf şans və bəxt sayəsində qazaxıstanlı idmançı hamını geridə qoyaraq finişə birinci çatıb.

Sosial şəbəkələrdə idmançının bu qələbəni sanki əvvəlcədən planlaşdırılmış kimi sakit qarşılaması geniş müzakirələrə səbəb olub.

 

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
74
interpress.az

1Mənbələr