AZ

UEFA "Benfika" -"Real" matçında yaşananları araşdırmağa başlayıb

Bakı. Trend:

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Portuqaliyanın“Benfika” və İspaniyanın “Real” klubları arasında ÇempionlarLiqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda pley-off raundununilk oyununda intizam reqlamentinin mümkün pozuntusununaraşdırılması üçün etika və intizam üzrə inspektor təyin edib.

Trend xəbər verirki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, inspektor oyun zamanı baş vermiş ayrı-seçkilikxarakterli davranışları araşdıracaq.

Görüş Lissabonda keçirilib və “Real”ın 1:0 hesablı qələbəsi iləbaşa çatıb. Matçın yeganə qolunun müəllifi olan hücumçu Vinisiusqol vurduqdan sonra “Benfika” azarkeşlərinə tərəf qaçaraq onlaraqarşı təxribat xarakterli jestlər edib.

Bundan sonra Vinisius oyunun baş hakiminə ünvanına səsləndirilənirqçi təhqirlərlə bağlı şikayət edib. İspaniya KİV-lərininməlumatına görə, Vinisiusu irqi zəmində təhqir edən şəxsin“Benfika”nın argentinalı yarımmüdafiəçisi Canluka Prestianinin olabiləcəyi bildirilir.

Görüş 10 dəqiqəlik dayandırılıb. Matçın sonunda Portuqaliyaklubunun azarkeşləri Vinisius və “Real”ın digər futbolçularınamüxtəlif əşyalar, o cümlədən butulkalar və elektron siqaretləratıblar.

Məqalədə:
Seçilən
45
az.trend.az

1Mənbələr