AZ

Azərbaycan Qazaxıstandan xam neft və neft məhsulları idxalını 4 dəfəyə yaxın artırıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycana Qazaxıstandan 74,034 milyon ABŞ dollarıdəyərində 135 966 ton bitumlu süxurlardan alınmış xam neft və neftməhsulları idxal olunub.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə dəyərifadəsində 51,2 milyon dollar və ya 3,2 dəfə, həcm baxımından isə101,4 min ton və ya 3,9 dəfə çoxdur.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycana ümumilikdə 4 ölkədən –Qazaxıstan, Rusiya, Böyük Britaniya və Şimali İrlandiya BirləşmişKrallığı, İraq – 772,9 milyon ABŞ dolları dəyərində 1,664 milyonton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları idxaledilib. Əvvəlki illə müqayisədə sözügedən məhsulların ölkəyə idxalıdəyər ifadəsində 247,2 milyon ABŞ dolları və ya 24,2%, həcmbaxımından isə 205,1 min ton və yaxud da 11% azalıb.

Əlavə edək ki, bundan başqa, 2025-ci ildə Azərbaycandan dünyanın21 ölkəsinə 12,1 milyard ABŞ dolları dəyərində 23,4 milyon tonbitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixracedilib. 2024-cü illə müqayisədə sözügedən məhsulların dəyəri 2,4milyard ABŞ dolları və ya 16,2%, həcmi isə 214,8 min ton və ya 0,9%azalıb.

Məqalədə:
Seçilən
83
4
az.trend.az

5Mənbələr