AZ

Sneyder  Otamendiyə : “Dünya çempionluğunu sən yox, Messi qazandırıb”

Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder  argentinalı müdafiəçi Nicolas Otamendi ilə bağlı sərt fikirlər səsləndirib.

Vətəninfo.az xəbər verir ki, Ziggo Sport-a açıqlamasında Sneyder  bildirib ki, Otamendinin davranışı yersiz olub.

“Otamendiyə cavab verərdim ki, Dünya Kubokunu Argentinaya sən deyil, Messi qazandırıb. Sənin bu uğurda payın yoxdur. Hesab 0:1 olarkən tatunu göstərirsənsə, deməli başında problem var”, – deyə o vurğulayıb.

Uesli Sneyder  həmçinin Vinicius Junioru müdafiə edərək onun nailiyyətlərini xatırladıb:

“Vinisius özü Çempionlar Liqasının ikiqat qalibidir. Səhv komandaya qarşı döyməni göstərirsən”, – deyə sabiq yarımmüdafiəçi əlavə edib.

Qeyd edək ki, futbolçular arasında yaşanan gərginlik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Seçilən
119
veteninfo.az

1Mənbələr