İngiltərə Premyer Liqasında futbolçulara matçların oynanıldığı vaxt oruclarını açmağa icazə veriləcək. Metbuat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Bildirilib ki, müsəlman futbolçuların oruclarını açması üçün Ramazan ayında oyunlar qısa müddətə dayandırılacaq. Xəbərdə oyunun qapı zərbəsi, cərimə zərbəsi və ya topun oyuna daxil edilməsi zamanı ən uyğun anda dayandırılacağı qeyd olunub: “Komandalar və matçın hakimləri fasilənin zəruri olub-olmadığını əvvəlcədən müzakirə edəcək və fasilə üçün təxmini vaxt barədə razılığa gələcəklər. Amma bu fasilədən komandalar su içmək və ya taktiki gedişlər etmək üçün istifadə edə bilməyəcəklər”. Qeyd edək ki, İngiltərədə bu təcrübə ilk dəfə 2021-ci ildə tətbiq olunub.