AZ

Naxçıvan şəhəri üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindənsərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkimedilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlıtədbirlərin davamı olaraq Naxçıvan şəhərində 1, 2, 3, 4, 5, 6, 7, 8və 9 nömrəli şəhərdaxili, eləcə də paytaxtın 142 nömrəlişəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qaliblərimüəyyən edilib.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumatyayıb.

Bildirilir ki, Naxçıvan şəhərində 1 nömrəli (Əliabad qəsəbəsi –Yeni Naxçıvan yaşayış massivi), 2 nömrəli (Tumbul kəndi – Əyləncəadası), 3 nömrəli (Olimpiya İdman Kompleksi), 4 nömrəli (“Araz”İstehsalat Birliyi – Əliabad qəsəbəsi), 5 nömrəli (Elektrikyarımstansiyası – Xalçaçılıq fabriki), 6 nömrəli (Babək şəhəri –Zəfər parkı), 7 nömrəli (Qaraçuq kəndi – “Cahan” ticarət mərkəzi),8 nömrəli (Xəlilli kəndi – “Cahan” ticarət mərkəzi) və 9 nömrəli(Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidməti – Yeni Naxçıvanyaşayış massivi) şəhərdaxili marşrutlar üzrə hüquqi şəxs "BakuBus"MMC qalib elan olunub.

Paytaxtın 142 nömrəli (metronun "20 Yanvar" stansiyası – Masazırkəndi) şəhərətrafı marşrutu üzrə müsabiqənin qalibi isə hüquqi şəxs"Çinar-Trans" MMC-dir.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, NazirlərKabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilətəsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğunolaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutlarıntəhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Məqalədə:
Seçilən
61
13
az.trend.az

10Mənbələr