AZ

“700 800 manat aylıq gəlir minimum həyat səviyyəsi üçün zəruridir” ŞƏRH

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Milli Məclisin deputatı Razi Nurullayev əmək bazarında mövcud vəziyyət və əməkhaqlarının artırılmasının zəruriliyi ilə bağlı fikirlərini açıqlayıb.

Gununsesi.info-bildirir ki, o bildirib ki, deputat bildirib ki, ən azı 700–800 manatdan başlayan əməkhaqqı təklif olunmalıdır ki, vətəndaşların müəyyən hissəsi bu işlərə razılaşsın.

“Hazırda sadə və normal həyat səviyyəsini qorumaq, ailə yükünü və gündəlik dolanışıq xərclərini qarşılamaq üçün aylıq minimum 700–800 manat gəlir zəruridir. Bu məbləğlə belə, insan yalnız çətinliklə ayı başa vura bilir.

Bu baxımdan əməkhaqlarının artırılması və rəqabətli iş yerlərinin yaradılması vacib məsələdir.

Bəs bunu necə təmin etmək olar? Məsələ bir sıra maneələrə dirənir. İlk növbədə, iş yerlərini dövlət deyil, iş adamları yaratmalıdır. Dövlətin rolu isə tənzimləyici və nəzarətedici olmalıdır.

Dövlət qurumları birbaşa biznes fəaliyyəti ilə məşğul olmamalıdır. Dövlət bazara müdaxilə edən tərəf kimi deyil, nizam-intizam yaradan, şəffaf qaydalar müəyyənləşdirən və əlverişli biznes mühiti formalaşdıran institut kimi çıxış etməlidir.

Əsas məqsəd sahibkarlara şərait yaratmaqdır ki, onlar sərmayə qoysun, istehsal və xidmət sahələrini genişləndirsin, yeni iş yerləri açsınlar. Sahibkarın qazancına qısqanclıqla yanaşmaq doğru deyil. Əgər bir iş adamı 10 milyon, 50 milyon və ya 100 milyon qazanc əldə edirsə, bu, eyni zamanda minlərlə insan üçün məşğulluq imkanlarının yaradılması deməkdir. Böyük kapitalın formalaşması çox zaman yüzlərlə, hətta minlərlə iş yerinin açılması ilə paralel gedir”.

Banu 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
icma.az

1Mənbələr