AZ

“Transfer pəncərəsi”nin açıq-bağlı olmasının heç bir əhəmiyyəti yoxdu” - Elvinlə Duran üçün əcnəbi skautlar gəlib

Bu gün saat 21.45-də başlayacaq “Qarabağ” - “Nyukasl” oyununu izləyənlər arasında əcnəbi skautlar da olacaq.

“Football-plus.az” bunun səbəbini öyrənib. Bəlli olub ki, onlar Elvin Cəfərquliyevlə Kamilo Durana “elçi düşüb”. Hansı klublardan ötrü gəldikləri bəlli deyil.
Amma bir məqam var: qış “transfer pəncərəsi” bağlanıb, avropalılar indidən yay üçün futbolçu axtarır? Ümumiyyətlə, skautların məhz Elvin və Durandan ötrü gəldiklərindən xəbəriniz var?

Bu sualları menecer Tural Əsgərova ünvanladıq:

“Bir klub bir futbolçunu uzun müddət də izləyə bilər. Burda “transfer pəncərəsi”nin açıq-bağlı olmasının heç bir əhəmiyyəti yoxdu. Skautların Duranla Elvini izləməsi ilə bağlı heç bir məlumata malik deyiləm”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
137
1
football-plus.az

2Mənbələr