AZ

Zəngəzur dəhlizinə birləşəcək YENİ LAYİHƏVİDEO

Naxçıvanda dəmir yollarının yenidən qurulması prosesi davam etdirilir.

Xezerxeber.az xəbər verir ki, ''Azərbaycan Dəmir Yolları'' QSC-dən verilən məlumata görə, ötən ilin sonlarından start verilən layihələndirmə və tikinti işləri bir neçə istiqaməti əhatə edir. Birinci mərhələdə Salamməlik, Ordubad, Aza və Culfa sahələrində infrastruktur yenidən qurulur. Mövcud xətlərin əsaslı təmiri, yol yatağının bərpası və müasir standartlara uyğun relslərin quraşdırılması nəzərdə tutulur.

''Azərbaycan Dəmir Yolları'' QSC-nin rəsmisi deyir ki, Türkiyə tərəfindən Qars-İğdır dəmir yolu xəttinin inşasına başlanıb və bu xəttə Naxçıvanda Sədərək tərəfdən birləşəcək. Bu məqsədlə layihə üzrə işlər Sədərək rayonunda da aparılacaq. Bir sözlə layihə çərçivəsində Sədərək rayonun strateji əhəmiyyəti artacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
91
xezerxeber.az

1Mənbələr