AZ

Pezeşkian: Avropa, ABŞ və İsrail bizim öz ayaqlarımız üzərində durmağımızı istəmir

Pezeşkian: Avropa, ABŞ və İsrail bizim öz ayaqlarımız üzərində durmağımızı istəmir

İran Prezidenti Məsud Pezeşkian ölkədəki problemlərin sahibkarların, universitetlərin və bütün qurumların ortaq səyləri ilə həll ediləcəyini bildirərək “Avropa, ABŞ və soyqırımçı İsrail bizim öz ayaqlarımız üzərində durmağımızı istəmir. Lakin biz buna nail olacağıq” deyib.

İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Pezeşkian Loristan əyalətində sahibkarlarla görüşüb.

Burada etdiyi çıxışda Pezeşkian xarici təzyiqlərə toxunaraq qətiyyətli mesajlar verib: “İnanıram ki, əl-ələ verərək bütün problemləri həll edəcəyik. Avropa, ABŞ və soyqırımçı İsrail bizim öz ayaqlarımız üzərində durmağımızı istəmir. Lakin biz, əgər bədəl ödəmək lazımdırsa, o bədəli ödəyərək buna nail olacağıq” deyə vurğulayıb.

Ona çatdırılan problemlərlə şəxsən maraqlanacağını söyləyən Pezeşkian xalqa xidmət etmək üçün səy göstərdiklərini qeyd edərək daxili islahatlarla bağlı xəbərdarlıq edib: “Kökünü kəsmədiyimiz müddətcə rüşvətxorluğun, korrupsiyanın və qaçaqmalçılığın qarşısını ala bilmərik”.

Seçilən
78
afn.az

1Mənbələr