AZ

KİV: ABŞ İrandan nüvə proqramını ləğvini tələb edib, əks halda Tehran başqa variantlarla qarşılaşacaq

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

“Amerika Birləşmiş Ştatları açıq şəkildə bildirib ki, İran nüvə proqramını, o cümlədən uranı zənginləşdirmək imkanlarını tamamilə ləğv etməlidir və xəbərdarlıq edib ki, Tehran bu tələbləri yerinə yetirməzsə, digər variantlar, o cümlədən hərbi tədbirlər gündəmdə qalacaq”.

APA xəbər verir ki, bu barədə “Fox News” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə Vaşinqton istənilən razılaşmanın İranın nüvə proqramının, o cümlədən uranın zənginləşdirilməsi imkanlarının, tam ləğvi, həmçinin Tehranın ballistik raket proqramına məhdudiyyətlər qoyulması və HAMAS və “Hizbullah” kimi müttəfiq silahlı qruplara dəstəyin dayandırılması ilə nəticələnməli olduğunu müdafiə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
4
apa.az

5Mənbələr