AZ

​Türkiyə NATO-nun sarsılmaz müttəfiqidir -

Türkiyə NATO-nun sarsılmaz müttəfiqi və ortaq təhlükəsizliyə dəyərli töhfələr verən bir ölkədir.Metbuat.az xəbər verir ki, NATO sözçüsü Allison Hart belə açıqlama verib. Hart Türkiyənin NATO-ya qoşulmasının ildönümü ilə bağlı yazılı açıqlamasında bildirib ki, Türkiyə 74 il əvvəl NATO-ya qoşulandan bəri Alyansa töhfə verib. Hart Türkiyənin NATO-da ikinci ən böyük orduya sahib olduğunu qeyd edərək, onun güclü müdafiə sənayesi və NATO missiyalarına, fəaliyyətlərinə və təlimlərinə müntəzəm töhfələri ilə sarsılmaz müttəfiqi olduğunu ifadə edib.

Qeyd edək ki, Türkiyə 1949-cu ildə qurulan NATO-ya 1952-ci ildə qoşulub.

Seçilən
60
metbuat.az

1Mənbələr