AZ

İran və Rusiya birgə dəniz təlimləri keçirir


İran və Rusiya donanmaları Oman körfəzində və şimali Hind okeanında birgə təlimlər keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran və Rusiya dövlət mediası məlumat yayıb.
Baltik Donanmasının “Stoikiy” korveti 14 fevraldan bəri Hörmüz boğazındakı Bəndər Abbas limanındadır. Bir gün əvvəl donanmanın mətbuat xidməti “Stoikiy”in İran Donanmasının gəmiləri ilə birlikdə Oman körfəzində “Passex” dəniz təlimi keçirdiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi Rusiya gəmisinin manevrlərinin videosunu yayımlayaraq “Rusiya və İran donanmasının şəxsi heyəti mülki gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün hərəkətlərini sinxronlaşdırıb” - deyə bildirib.
Seçilən
82
yeniavaz.com

1Mənbələr