AZ

Fransada təxminən 1,2 milyon bank hesabına qanunsuz giriş aşkar edilib

Fransada təxminən 1,2 milyon bank hesabına qanunsuz giriş aşkar edilib

Fransa hökuməti yanvar ayının sonundan bəri təxminən 1,2 milyon bank hesabına aid məlumatların qanunsuz şəkildə görüntüləndiyini bildirib.

Fransa İqtisadiyyat Nazirliyindən verilən açıqlamada bədniyyətli şəxslərin milli bank hesabları məlumat bazasına qanunsuz girişlər vasitəsilə Dövlət Maliyyəsi Baş Direktorluğuna (DGFiP) məxsus fərdi məlumatları ələ keçirdiyi elan olunub.

DGFiP tərəfindən aparılan araşdırmalar nəticəsində bu vəziyyətin məlumat bazasına giriş icazəsi olan bir dövlət məmurunun şəxsi məlumatlarının (login/parol) oğurlanması nəticəsində baş verdiyi müəyyən edilib.

Cinayətkarların əldə etdiyi məlumatlara aşağıdakılar daxildir:

Hesab sahiblərinin şəxsiyyəti;Ev ünvanları;Vergi nömrələri (fərdi identifikasiya məlumatları).

Rəsmi açıqlamada hesab sahiblərinin məsələ ilə bağlı fərdi şəkildə məlumatlandırılacağı, bənzər halların qarşısını almaq üçün təhlükəsizlik sistemlərinin gücləndiriləcəyi ifadə edilib. Həmçinin, hadisə ilə bağlı Fransa Məlumatların Mühafizəsi Qurumuna (CNIL) rəsmi şikayət edildiyi qeyd olunub.

Seçilən
68
afn.az

1Mənbələr