AZ

ABŞ-ın xüsusi elçisi Stiven Vitkoff Ukrayna üzrə danışıqlarda “əhəmiyyətli irəliləyiş əldə olunub” deyir

Cenevrədə Ukrayna üzrə üçtərəfli danışıqların ilk günündən sonra ABŞ-ın xüsusi elçisi Stiven Vitkoff əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib.

O, X sosial media səhifəsində paylaşım edərək, Donald Tramp administrasiyasının Ukrayna nizamlanmasında uğur qazandığını əlavə edib. “Bu, münaqişə tərəflərini bir araya gətirib və bu da əhəmiyyətli irəliləyişlərə səbəb olub. Hər iki tərəf nəticələri öz liderlərinə bildirmək və razılaşma üzərində işləməyə davam etmək barədə razılığa gəlib” – Stiven Vitkoff bildirib.

Qeyd edək ki, Cenevrədə görüşlər çərşənbə günü davam edəcək; danışıqlar bir gün əvvəl təxminən altı saat çəkib.

//Samir Qurbanov, Editor.az

Seçilən
128
editor.az

1Mənbələr