AZ

ABŞ-də qar uçqununda ölənlərin sayı artdı 

Xilasedicilər ABŞ-nin Kaliforniya və Nevada ştatlarının sərhədindəki Taho gölü yaxınlığında qar uçqunu nəticəsində qalmış səkkiz xizəkçinin meyitini tapıblar.


Manset.az xəbər verir ki, bu barədə məlumat Fox News-da yer alıb.

Uçqun məşhur dağ xizək məkanı olan Taho gölünün şimal-qərbindəki Kasl-Pik ərazisindəki Traki şəhəri yaxınlığında, xüsusi təchiz olunmuş yollardan kənarda xizək sürmək üçün nəzərdə tutulan yolda baş verib. Nəticədə 10 xizəkçinin itkin düşdüyü, daha 6 nəfərin ərazidə qaldığı, xilasetmə işlərini gözlədiyi bildirilib.

Agentlik itkin düşmüş qalan xizəkçilərin axtarışının davam etdiyini açıqlayıb.

Seçilən
47
4
manset.az

5Mənbələr