
Əfqanıstanın Fəzilət Təşviqi Nazirliyinin əməkdaşları tonqallarda 500 musiqi alətini yandırıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Əfqanıstanın “Pajhwok” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, bütün bu “mənəvi korrupsiya alətləri” bir il ərzində hakimiyyət orqanları tərəfindən Pərvan əyalətinin sakinlərindən müsadirə edilib.