AZ

Qarabağ a dörd qol vuran oyunçu tarixə düşdü

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

“Nyukasl”ın futbolçusu Entoni Qordon UEFA Çempionlar Liqası (ÇL) tarixinə düşüb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu bu rekord göstəriciyə Bakıda “Qarabağ”a qarşı keçirilən oyunda nail olub.

O, matçın 3, 32, 34 və 45+1-ci dəqiqələrində fərqlənib.

Qordonun 34 dəqiqədə vurduğu “het-trik” Çempionlar Liqasında ingilis futbolçular arasında ən sürətlisi kimi tarixə düşüb. O, ÇL-də “het-trik” edən üçüncü “Nyukasl” futbolçusu olmaqla yanaşı, bunu pley-off mərhələsində bacaran ilk oyunçu olub.

Bununla da Entoni Qordon turnirdə vurduğu qolların sayını 10-a çatdırıb.

Qeyd edək ki, oyun 6:1 hesabı ilə "Nyukasl"ın xeyrinə bitib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
2
axar.az

3Mənbələr