AZ

“AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” MMC nin 102 min manatdan çox vergi borcu yaranıb

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

 “AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə vergi borcu yaranıb.Demokrat.az 32gun.az-a istinadən xəbər verir ki, şirkətin vergi borcu 102.248,69 AZN təşkil edir.Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ, Adil Məmmədov 9 MKR, ev 11, m.73 olaraq göstərilir. MMC-nin nizamnamə kapitalı isə 20 manatdır.Qanuni təmsilçi kimi İsmixan Mustafayev Məmməd oğlu qeyd olunur.Vergi borcunun hansı dövrü əhatə etdiyi və bununla bağlı əlavə hüquqi tədbirlərin görülüb-görülmədiyi barədə hələlik açıqlama verilməyib."Azcagro Logistics and Management Services” MMC bundan əvvəl "ASR-Traffik” MMC adı altında fəaliyyət göstərib. MMC həm də 188 yükdaşıma xidməti kimi tanınır. Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
demokrat.az

1Mənbələr