AZ

Netanyahudan İranla bağlı gözlənilməz qərar: Ordu hərəkətə keçir

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu Cəbhə Komandanlığına İranla mümkün qarşıdurma ssenarilərinə hazırlaşmaq barədə göstəriş verib.

Globalinfo.az xəbər verir ki, bu barədən “Daily Mail” məlumat yayıb. Bildirilir ki, təhlükəsizlik qüvvələri ən yüksək hazırlıq səviyyəsinə keçirilib və mülki müdafiə strukturlarının fəaliyyəti gücləndirilib.

Məlumata əsasən, Cəbhə Komandanlığına hava hücumları, raket zərbələri və mümkün hibrid təhlükələrə qarşı operativ planların yenilənməsi, sığınacaqların vəziyyətinin yoxlanılması və əhalinin xəbərdarlıq sistemlərinin test edilməsi tapşırılıb.

Eyni zamanda, kritik infrastruktur obyektlərinin mühafizəsinin artırıldığı bildirilir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr