AZ

Fransa su altında: 36 günlük fasiləsiz yağış fəlakətə çevrildi

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fransada yağışların davam etmə müddətinə görə tarixi rekord qeydə alınıb. Ölkədə yağıntılar artıq ardıcıl 36-cı gündür ki, davam edir.

Oxu.Az bu barədə BFMTV telekanalına istinadən xəbər verir.

"Fevralın əvvəli xüsusilə rütubətli keçib: ayın ilk 16 günü 110 mm-dən çox yağıntı səviyyəsi ilə 1959-cu ildən bəri ən yağışlı dövr olub", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, ölkənin qərbindəki dörd departament daşqın riski səbəbindən "qırmızı zona"da, daha doqquzu isə "narıncı zona"da qalır. Çayların daşması nəticəsində minlərlə evi su basıb, elektrik enerjisi və içməli su təchizatı pozulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
85
1
oxu.az

2Mənbələr