AZ

Böyük Britaniyada sərt şaxtalar nəticəsində 2500 nəfər həyatını itirdi

Bakı. Trend:

Böyük Britaniyada ötən qış müşahidə olunan şaxtalı hava şəraitinəticəsində 2500 nəfər ölüb.

Trend “TheIndependent”ə istinadla xəbər verir ki, ölənlərin əksəriyyətievlərini kifayət qədər isitmək imkanı olmayan yaşlıinsanlardır.

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi tərəfindənilk dəfə olaraq dərc edilən məlumatda 2025-ci ilin yanvarında altıgün davam edən kəskin şaxtalı havada ölüm hallarında ciddi artımqeydə alınıb. Ən çox fakt 85 yaşdan yuxarı şəxslər arasında başverib.

Statistikaya əsasən, ölüm hallarından 864-ü insanların özevlərində qeydə alınıb. Ekspertlər bildiriblər ki, bu hadisələrəevlərin zəif izolyasiyası, istilik sisteminin yetərli olmaması,səhiyyə xidmətlərinə çıxışın məhdudluğu və soyuq hava riskləribarədə məlumatlılığın azlığı kimi amillər təsir göstərə bilər.

Hazırda Böyük Britaniyada yenidən soyuq hava şəraiti hökm sürür.Sinoptiklər yaxın günlərdə “Pedro” adlı fırtınanın qar, buzlanma vəgüclü yağışlar gətirə biləcəyi barədə xəbərdarlıq ediblər.Mütəxəssislər xüsusilə yaşlı və həssas qruplara aid şəxsləriehtiyatlı olmağa və istilik təminatına diqqət yetirməyəçağırırlar.

Seçilən
41
az.trend.az

1Mənbələr