AZ

"İnter" səfərdə “Budyo-Qlimt”ə uduzdu

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin ilk keçid oyununda Norveçin “Budyo-Qlimt” klubu ilə İtaliyanın "İnter" komandası üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumata görə, Budyo şəhərində yerləşən "Aspmyra Stadion" arenasında keçirilən qarşılaşmanı Almaniyadan olan baş hakim Daniel Siebert idarə edib.

Gərgin və baxımlı keçən oyunda sensasiya qeydə alınıb. Norveç təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edərək cavab oyunu öncəsi ciddi üstünlük qazanıb.

Matçda hesab 21-ci dəqiqədə açılıb. Sondre Brunstad Fet fərqlənərək meydan sahiblərini önə keçirib. Lakin 30-cu dəqiqədə Francesco Pio Esposito tarazlığı bərpa edib.

İkinci hissədə təşəbbüs yenidən ev sahiblərinin əlinə keçib. 61-ci dəqiqədə Jens Petter Hauge komandasını yenidən hesabda irəli çıxarıb. Cəmi üç dəqiqə sonra – 64-cü dəqiqədə Kasper Høgh Norveç klubunun üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Tərəflər arasında cavab qarşılaşması fevralın 24-də keçiriləcək. Oyun Milan şəhərindəki "San Siro" stadionunda baş tutacaq.

Seçilən
52
1
90deqiqe.az

2Mənbələr