AZ

ABŞ İrandan fikir ayrılıqlarının aradan qaldırılması üçün təklif gözləyir

ABŞ İrandan fikir ayrılıqlarının aradan qaldırılması üçün təklif gözləyir

Amerika Birləşmiş Ştatları İran rəhbərliyindən mövcud fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı yazılı təklif təqdim etməsini gözləyir.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Tehranın çərşənbə axşamı Cenevrədə baş tutan danışıqların ardınca ABŞ ilə qarşıdurmanın qarşısını almaq üçün konkret planı yazılı formada təqdim edəcəyi gözlənilir.

Agentliyin məlumatına əsasən, Yaxın Şərqə göndərilən ABŞ qoşunları martın ortalarına qədər regionda tam yerləşdiriləcək. Eyni zamanda, ABŞ-ın dövlət katibi Marko Rubionun fevralın 28-də İsrailə səfər edərək baş nazir Benyamin Netanyahu ilə görüşəcəyi gözlənilir.

Bu diplomatik və hərbi hərəkətlilik nüvə proqramı ətrafında yaşanan gərginliyin həlli üçün kritik mərhələ kimi qiymətləndirilir. Vaşinqtonun bu tələbi Tehranın real addımlar atmağa nə dərəcədə hazır olduğunu yoxlamaq məqsədi daşıyır.

Seçilən
61
afn.az

1Mənbələr