AZ

“Fəzilət nazirliyi”ndən SƏRT ADDIM: Yüzlərlə musiqi aləti YANDIRILDI

Əfqanıstanda “fəzilət nazirliyi” 500 musiqi alətini tonqalda yandıraraq məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə Əfqanıstanın yerli KİV-ləri məlumat yayıb.

Əfqanıstanda “Fəzilətin təbliği və rəzalətin qarşısının alınması nazirliyi” Pərvan vilayətində genişmiqyaslı aksiya keçirib. Nazirliyin əməkdaşları 500 ədəd musiqi alətini tonqala ataraq yandırıblar.

Hökumət rəsmiləri bu alətləri “əxlaqi tənəzzül vasitələri” adlandırıblar.

Bildirilir ki, məhv edilən musiqi alətləri son bir il ərzində vilayət sakinlərindən müsadirə edilib.

Taliban rəhbərliyi musiqini dində qadağan olunmuş və cəmiyyəti mənəvi aşınmaya uğradan faktor kimi qiymətləndirir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
103
interpress.az

1Mənbələr