AZ

ABŞ Yaxın Şərqə əlavə hava qüvvələri göndərir

ABŞ 2003-cü ildə İraqa müdaxilədən bəri Yaxın Şərqdə hərbi mövcudluğunu ən yüksək səviyyəyə çatdıraraq bölgəyə əlavə hava qüvvələri yerləşdirir.

Missiya.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bölgəyə F-35 və F-22 qırıcıları, eləcə də zərbə və elektron müharibə sistemləri daşıyan təyyarədaşıyan gəmi göndərilir. Həmçinin komandanlıq və idarəetmə təyyarələri də Yaxın Şərqə yerləşdirilib.

Mənbələrin məlumatına görə, ABŞ ordusu İran ərazisinə zərbələr endirməyə hazırdır. Lakin ABŞ Prezidenti Donald Tramp hələlik yekun qərar verməyib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
82
27
missiya.az

10Mənbələr