AZ

Səhər saatlarında Bakı metrosundakı gecikmənin SƏBƏBİ AÇIQLANDI

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların gecikmə səbəbi açıqlanıb.

Far.Az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-a bildirib ki, gecikmə texniki nasazlıq səbəbindən meydana gəlib.

"Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verdiyindən sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib. Dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən "Dərnəgül" - "Nərimanov" sahəsində interval fərqi yaranıb.

Yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyirik", - deyə B.Məmmədov vurğulayıb.

***08:15

Bu gün səhər saatlarında Bakı metrosunda gecikmə qeydə alınıb.

Far.Az "Oxu.az"a istinadən xəbər verir ki, qatarlararası interval 8 dəqiqədən çox olub.

Gecikmə "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində olan xətdə baş verib. Nəticədə vaqonlarda və stansiyalarda sıxlıq yaranıb. "Dərnəgül" istiqamətində gedən qatar "Nəsimi" stansiyasında gözləməli olub.

Gecikmənin səbəbi məlum deyil. Aidiyyəti üzrə sorğu verilib.

Seçilən
94
far.az

1Mənbələr