AZ

Azərbaycan Rusiyadan xam neft və neft məhsulları idxalını azaldıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycana Rusiyadan 698,758 milyon ABŞ dollarıdəyərində 1,527 milyon ton bitumlu süxurlardan alınmış xam neft vəneft məhsulları idxal olunub.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə dəyərifadəsində 207,8 milyon dollar və ya 22,9%, həcm baxımından isə145,4 min ton və ya 8,7% azdır.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycana ümumilikdə 4 ölkədən –Qazaxıstan, Rusiya, Böyük Britaniya və Şimali İrlandiya BirləşmişKrallığı, İraq – 772,9 milyon ABŞ dolları dəyərində 1,664 milyonton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları idxaledilib. Əvvəlki illə müqayisədə sözügedən məhsulların ölkəyə idxalıdəyər ifadəsində 247,2 milyon ABŞ dolları və ya 24,2%, həcmbaxımından isə 205,1 min ton və yaxud da 11% azalıb.

Əlavə edək ki, bundan başqa, 2025-ci ildə Azərbaycandan dünyanın21 ölkəsinə 12,1 milyard ABŞ dolları dəyərində 23,4 milyon tonbitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixracedilib. 2024-cü illə müqayisədə sözügedən məhsulların dəyəri 2,4milyard ABŞ dolları və ya 16,2%, həcmi isə 214,8 min ton və ya 0,9%azalıb.

Məqalədə:
Seçilən
37
4
az.trend.az

5Mənbələr