AZ

ABŞ və İsrail şirkətləri birləşir: Trampın oğlu rəhbər olacaq

ABŞ-ın JFB Construction Holdings şirkəti İsrailin XTEND şirkəti ilə birləşməni nəzərdə tutan müqavilə imzalayıb.

Vətəninfo.az xəbər verir ki, İsrail mətbuatında dərc olunan məlumatlara görə, Amerika tərəfini təmsil edən investorlar arasında ABŞ prezidenti Donald Trump-ın oğlu Eric Trump, eləcə də müdafiə sənayesində ixtisaslaşmış “Protego” investisiya fondu da yer alır.

Müqaviləyə əsasən, birləşmədən sonra şirkət XTEND AI Robotics adı altında fəaliyyət göstərəcək və NASDAQ fond birjasında listinq olunacaq.

Razılaşmaya əsasən, birləşmiş şirkətin səhmlərinin 70 faizi İsrail səhmdarlarına, 30 faizi isə Amerika səhmdarlarına məxsus olacaq.

Qeyd edək ki, 2018-ci ildə təsis edilən XTEND hüquq-mühafizə və hərbi qurumlar üçün nəzərdə tutulmuş hava, quru və su mühitində fəaliyyət göstərə bilən məsafədən idarə olunan və muxtar robot sistemlərinin istehsalı və inkişafı üzrə ixtisaslaşıb.

Seçilən
76
veteninfo.az

1Mənbələr