AZ

Ödənişli parklanma yerində SMS göndərmədən maşın saxlamağın cəriməsi nədir? CAVAB

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual ödənişli parklanma yeri ilə bağlıdır.

Ödənişli parklanma yerində SMS göndərmədən avtomobil saxlamağın cəriməsi nə qədərdir?

Lent.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə iyirmi manat məbləğində cərimə edilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
lent.az

1Mənbələr