AZ

Sahura qalxmadan oruc tutmaq olar?

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

2026-cı ilin ilk ramazan günü ərəfəsində bir çox insanı sahura qalxmadan oruc tutmağın mümkün olub-olmaması maraqlandırır. Bəzən yorğunluq, bəzən isə oyanmamaq kimi səbəblərdən sahur yeməyini qaçıran vətəndaşlar bu mövzuda dini hökmləri araşdırırlar.Demokrat.az xəbər verir ki, İslam alimləri və Diyanət İşleri İdarəsinin açıqlamalarına görə sahur vaxtından əvvəl niyyət edən şəxsin yemək yemədən oruc tutmasında dini baxımdan hər hansı maneə yoxdur. Sahura qalxmaq orucun vacib şərtlərindən sayılmasa da, həzrəti peyğəmbərin tövsiyə etdiyi mühüm sünnətdir.Mütəxəssislər sahur yeməyinin oruc tutan şəxsə dözümlülük verdiyini və bədənin enerjili qalmasına kömək etdiyini bildirirlər. Peyğəmbərimiz sahurda bərəkət olduğunu vurğulayaraq bir qurtum su ilə belə olsa bu vaxtın dəyərləndirilməsini məsləhət görüb. Sahura qalxan şəxs həm də sübh vaxtının mənəvi feyzindən yararlanmış olur.Mənəvi və fiziki baxımdan sahurun böyük faydaları olsa da, yuxudan oyanmayan şəxslər niyyətləri olduğu halda oruclarına davam edə bilərlər. Bu vəziyyət tutulan orucun səhhətinə və ya qəbuluna xələl gətirmir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
demokrat.az

1Mənbələr