Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Rusiyalılar vuruşmaq istəmirlər. Moskvanın mərkəzinə dağıdıcı zərbələr endirilməlidir".
"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin ideoloqu kimi tanınan filosof Aleksandr Duqin deyib.
O, çox sayda rusiyalının döyüşmək istəməməsinə çox təəssüf edir. Hesab edir ki, rusiyalıları cəbhəyə göndərmık üçün ciddi hadisələr olmalıdır:
"Rusiyalılara baxdıqca, daha çox təəssüflənirəm. Bizə qələbə lazımdır. Ukrayna cəbhəsində və Rusiyanın yaxın onilliklərdə aparacağı bütün müharibələrdə qələbə qazanmalıyıq. Bizə səfərbərlik lazımdır. Amma çox sayda rusiyalı döyüşmək istəmir. Borcunu verməkdən yayınır, hansısa danışıqlara ümid edir, "Telegram" kimi axmaq bir şeyin bağlanmasına kədərlənirlər. Bunlara baxmaq iyrəncdir".
Onun sözlərinə görə, bu vəziyyətdən iki çıxış yolu var:
"Birinci yol səfərbərlik, qısa müddətdə milyonlarla insanın orduya çağırılmasıdır".
Duqin artıq bu variantı nəzərdə keçirmək üçün Putinə müraciət edib:
"Amma ikinci çıxış yolu da var. Elə vəziyyət yarana bilər ki, rusiyalılar döyüşmək lazım gəldiyini anlayarlar.
Yəni evdə qalmaqdansa, müharibədə ölməyin yaxşı olduğunu başa düşərlər. Belə vəziyyəti Moskvaya dağıdıcı zərbələr yarada bilər. Allah etməsin, Kreml də, tarixi binalar, mənzillər də ziyan görə bilər, insanlar küçədə ziyan görərlər. Hərdən Allaha dua edirəm ki, belə zərbələr olsun".
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.