AZ

Rusiya ilə növbəti danışıqlar İsveçrədə keçiriləcək - Zelenski

Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsi İsveçrədə keçiriləcək.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Piers Morqanla müsahibəsi zamanı danışıb.

"Növbəti görüşdən bəhs etdiniz. Vurğulamaq istəyirəm ki, növbəti görüş də İsveçrədə olacaq. Bu gün məndə olan məlumat budur. Əlbəttə ki, qrupumuz qayıdacaq və mən daha ətraflı məlumat verəcəyəm", - deyə o bildirib.

Ukrayna lideri danışıqların dünyanın digər yerlərində deyil, Avropada aparılmasını vacib hesab etdiyini vurğulayıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
25
missiya.az

1Mənbələr