Almaniya Amerikanın beşinci nəsil F-35 qırıcı təyyarələri üçün əlavə sifariş verməyi düşünür. Nəticədə, gələcəkdə bu təyyarələrdən 85-i Almaniya Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil ola bilər.
Herbiand.az bildirir ki, bu barərə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, sifarişin ümumi dəyəri 2,9 milyard dolları keçə bilər. Lakin agentliyin mənbələri danışıqların uğurlu olacağına dair heç bir zəmanətin olmadığını vurğulayırlar. Almaniya Müdafiə Nazirliyi jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Lockheed Martin şirkətinin mətbuat xidməti isə bildirib ki, hazırda mövcud müqavilələrin həyata keçirilməsinə diqqət yetirirlər.
Bəxtiyar CƏFƏRLİ