AZ

Ötən ay dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə daxil olan vəsait 27 faiz artıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 fevral, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar ayı ərzində 4 hərrac keçirilib. Hərraclarda 29 nəqliyyat vasitəsi özəlləşdirilib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvar ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 26,1 milyon manat təşkil edib. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 milyon manata yaxın və ya 23 faiz artım deməkdir.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar ayı ərzində 51-i qeyri-yaşayış, 405-i torpaq sahəsi üzrə olmaqla 456 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 4,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 48 faiz artım deməkdir.

Beləliklə, 2026-cı ilin yanvar ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 31 milyon manat vəsait daxil olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 milyon manata yaxın və ya 27 faiz artım təmin olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
97
10
azertag.az

10Mənbələr