GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Zaman-zaman İslam dünyasında, xüsusilə də Azərbaycanda ən çox müzakirə olunan və sual verilən mövzulardan biri də namaz qılmayan şəxsin oruc tutması ilə bağlıdır. Təəssüf ki, cəmiyyət olaraq biz özümüzdən daha çox başqalarının əməllərini təftiş etməyə meylliyik”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, islam müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edib:
“Bu baxımdan oruc tutan şəxsin namaz qılmaqla yanaşı, digər ibadətləri də yerinə yetirməsi daha doğrudur. Çünki dinimizdə hər iki ibadəti yerinə yetirmək vacibdir. Ancaq namaz və oruc ayrı-ayrı ibadətlər olduğuna görə namaz qılmayan şəxsin oruc tutmasında heç bir qəbahət yoxdur. Bəlkə də, bu il oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa da başlayacaq”.
Qeyd edək ki, fevralın 19-da Ramazan ayı başlayıb. İmsak vaxtı 06:04-ə, iftar isə 18:34-ə təyin olunub.
Günel Cəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.