Aparıcı Zaur Baxşəliyev səsləndirdiyi fikirlərlə yenidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, o, aparıcısı olduğu "Bizimləsən" verilişində efir həyatından yorulduğunu etiraf edib.
Canlı yayım zamanı səmimi danışan aparıcı artıq uzun illərdir davam edən gərgin tempin və psixoloji yükün onu yorduğunu bildirib:
"Həqiqətən artıq yoruluram. Bu qədər əsəb-stress çəkmək çox çətindir. Bir gün bir yerdə nöqtəni qoyub çıxıb gedəcəyəm. İnanın ki, artıq səbrim çatmır".