Bakı. Trend:
Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı üçtərəflidanışıqların növbəti raundu yenidən İsveçrədə keçiriləcək.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti VolodimirZelenski açıqlama verib.
“Mən vurğulamaq istəyirəm ki, növbəti görüş də İsveçrədə baştutacaq. Bu gün üçün məndə olan bütün məlumat budur”, – deyə o,britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bildirib.
Müsahibə jurnalistin "YouTube" kanalında yayımlanıb. Zelenskinövbəti danışıqlar raundunun nə vaxt keçiriləcəyi və hansı tərkibdəbaş tutacağı barədə məlumat verməyib.