AZ

Volf maşınlarında problem görmür

Artıq gələn ay “Formula-1” üzrə dünya çempionatında yeni mövsüm start götürəcək. Mövsüm martın 6-da Avstraliyada başlayacaq və dekabrın 6-da BƏƏ-də başa çatacaq.

Bu arada “Mersedes”in rəhbəri Toto Volff komandanın yeni bolidləri haqda danışıb:

“Mən heç bir çatışmazlıq görmürəm. Heç nəyi şişirtmirəm, hər şeyi olduğundan daha fərqli göstərməyə çalışmıram. Düşünürəm ki, bu maşınlar möhtəşəmdi. Komandamız sürətli maşınları və yaxşı pilotlar ilə yanaşı, sürücülüyə və taktikaya yeni, ağllı yanaşma tətbiq edəcək. Hələ ki bolidlərlə bağlı heç bir problem yoxdu. Nə yalan danışıram, nə də şişirdirəm. Mənə elə gəlir ki, hələ ki hər şey “Formula-1”in tələblərin cavab verir”.
Seçilən
88
1
football-plus.az

2Mənbələr