AZ

Boçorişvili: Gürcüstana rəqib marşrut saymırıq

Ermənistan və Azərbaycan arasında yeni yolların çəkilişi hazırda aktiv müzakirə mərhələsindədir və əminliklə və sakitliklə demək olar ki, bu, region üçün faydalıdır.

"Yeni Sabah" xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bunu "Imedi LIVE" verilişində bildirib.

"Biz bunu Gürcüstandan keçən yolla rəqabət aparan yol kimi görmürük.

Yeni yolların çəkilməsi regionumuzun nəqliyyat əlçatanlığı baxımından dəyərini artıracaq. Lakin hər hansı bir yolun Gürcüstanı əvəz etməsi ağlasığmazdır. Tələbat hər il azalmır, artır. Hətta daha üç-dörd marşrut əlavə olunsa belə, bu, Qərblə Şərq arasında yük daşımaları baxımından baş verən hər şeyi əhatə etmək üçün kifayət etməyəcək.

Biz Ermənistan və Azərbaycan arasındakı proseslərə müsbət baxırıq", - o bildirib.


Telegram kanalımız
Seçilən
75
yenisabah.az

1Mənbələr